Logo

Nazirlik Səbinə Mirzəyevanın ölümünü təsdiqlədi

Nazirlik Səbinə Mirzəyevanın ölümünü təsdiqlədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tanınmış mama-ginekoloq Səbinə Mirzəyeva vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə AzVision.az-a Səhiyyə Nazirliyindən bildirilib. Nazirlikdən daxil olan məlumda qeyd edilib ki, klinikanın baş həkimi ilə əlaqə saxlanılıb və S.Mirzəyevanın ölüm xəbəri təsdiqini tapıb.

Qeyd edək ki, cərrah mama-ginekoloq Dr.Sabina Mirzəyeva 2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib. 2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib. 2012-ci ildə Almaniyanın Hamburg şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğum üzrə təhsil proqramı keçib. 17 il iş təcrübəsi nəticəsində mama-ginekologiya sahəsində çoxsaylı cərrahi əməliyyatlar və doğumlar icra edib. Obstetetrik ve Ginekologiyaya aid çoxsaylı konfrans və konqreslərin iştirakçısı olub.

Həkim ailəli olub, iki oğlu yadigar qalıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR