Azərbaycanda keçmiş vəzifəli şəxs həbsdə öldü
Kateqoriya məlum deyil
Bakıda məhkum xəstəlikdən ölüb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan Rövşən Balaqardaş oğlu Hüseynov xəstəlikdən vəfat edib.
Qeyd edək ki, R. Hüseynov Kənd Təsərrüfatı Naziriliyi "Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri işləyib. R. Hüseynov 2015-ci ilin mart ayında İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik keçirməkdə ittiham olunaraq saxlanılıb. O, həbs ediləndən sonra tutduğu vəzifədən azad olunub.






