Lənkəranda ağır yol qəzası - 6 ölü
Kateqoriya məlum deyil
Lənkəranda ağır yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Sfera.az-a verilən məlumata görə, rayonun Gərmətürk kəndində "Ford" markalı yük və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub.Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 6 nəfərin (1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu, 1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu, 1976-cı il Aslanov Faiq Tofiq oğlu, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Vəsmə Aslanova) cəsədi xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.






