Yevlaxda və Mingəçevirdə yağış fəsadlar törədib
Kateqoriya məlum deyil
30-31 mart 2018-ci il tarixində respublika ərazisində yağan yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində bəzi ərazilər yağış suları ilə dolub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Sfera.az-a verilən məlumata görə, FHN-nin Aran Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparıblar.
Əməliyyat başa çatıb.






