Logo

DİN-dən avtobusda qadının döyülməsi barədə AÇIQLAMA

DİN-dən avtobusda qadının döyülməsi barədə AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Martın 28-də saat 18 radələrində paytaxtın Moskva prospektindəki avtobus dayanacaqlarının birində 65 saylı xətt avtobusunda asayişi pozmaqda şübhəli bilinən şəxs həmin ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq 19-cu bölməyə gətirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi İlham Babayev bildirib ki, araşdırmalarla onun Bakı şəhər sakini Müşfiq Namazov olduğu müəyyən edilib.

Martın 29-da Bakı şəhər sakini S.Sultanova da 19-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək 65 saylı xətt avtobusunda həmin vaxt M.Namazov tərəfindən döyüldüyünü bildirib.

"Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - İ.Babayev deyib.("Report”)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR