Logo

170 iti öldürən baytar həkim tutuldu

170 iti öldürən baytar həkim tutuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Rostov vilayətində baytar həkim həbs olunub.

Sfera.az"Rosbalt.ru”-ya istinadən xəbər verir ki, o, 170-dən çox iti qəddarcasına öldürməkdə ittiham olunur.

Məlum olub ki, baytar həkimin təmsil etdiyi şirkət yerli bələdiyyə ilə sahibsiz itlərin sığınacağa tutulub aparılması, sterilizasiyası və peyvəndləşmələri , onlara sahib axtarmaları ilə bağlı müqavilə bağlıyıb.

Müqaviləyə görə itləri yenidən küçəyə buraxmaq olmaz. Yalnız xəstə və çox aqressiv itlərin yatırılmasına icazə verilirdi.

Baytar həkim isə sığınacağa gətirilən itləri ucdantutma zəhərləyib və 170-dən çox zavallı heyvan dəhşətli ağrılar içində ölüb.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR