Şabranda azyaşlı uşaq 1200 manatlıq 5 telefon oğurladı

Şabranda azyaşlı uşaq 1200 manatlıq 5 telefon oğurladı
Şabranda mağazadan mobil telefon oğurlamaqda şübhəli bilinən azyaşlı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, martın 24-də Şabran şəhər sakini Elşən Paşayev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus "Grand” mağazasından ümumi dəyəri 1200 manat olan 5 ədəd mobil telefonun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir nəfər azyaşlı saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdikləri cinayəti etiraf edərək oğurladığı mobil telefonları müxtəlif şəxslərə satdığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə telefonların satıldığı şəxslər müəyyən edilərək satılmış mobil telefonlar onlardan maddi sübüt kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı barələrində Şabran RPŞ-də cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...