Logo

Qaxda quyuya yıxılan kişi ağır xəsarət aldı

Qaxda quyuya yıxılan kişi ağır xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qaxda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Sfera.az bildirir ki, martın 25-də saat 19.00 radələrində Qax şəhəri, H. Z. Tağıyev küçəsi ev 1 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Ləqman Mehdi oğlu Əhmədov travmatikşok vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, Ləqman Əhmədovun "Qax Taxıl” Açıq Səhmdar Cəmiyyəti müəssəsinin həyətindəki quyuya yıxılaraq ağır qapalı kəllə-beyn travması aldığı məlum olub. Xəstəxanada ilkin tibbi yardım göstərilən xəstə müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.(Apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR