Logo

Kürdəmirdə çayda batan şəxsin cəsədi tapıldı

Kürdəmirdə çayda batan şəxsin cəsədi tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu, Köhünlü kəndində 1 nəfər Kür çayında batıb.

Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Kür çayında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri artıq başa çatıb.

Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Zamanov Maqsud Məmmədsadıq oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR