Kriminal dəstə üzvü Bakıda öldürüldü

Kriminal dəstə üzvü Bakıda öldürüldü
Masallı rayon sakinini Rusiyadan gələrək güllələyən şəxs Bakıda öldürülüb.
 

Sfera.az-ın  məlumatına görə, Masallı rayonunda silahlı insident nəticəsində 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin Nuru oğlunu güllələyərək öldürən şəxs Bakıda təqib olunub.
 

Hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılaraq həmin şəxsin 1977-ci il təvəllüdlü Zaur Əliyev olduğu müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində onun Nərimanov rayonu ərazisindəki kirayədə yaşadığı mənzildə olduğu müəyyən edilib.
 

Əməliyyat qrupu mənzilə yaxınlaşaraq Z.Əliyevi təslim olmağa dəvət edib. Lakin o, təslim olmayıb və özü ilə gəzdirdiyi silahla əməliyyat qrupuna silahlı müqavimət göstərərək onlara atəş açıb. Nəticədə cavab atəşi ilə Z.Əliyev öldürülüb.Hadisə yerindən Z.Əliyevin qanunsuz saxladığı odlu silah və patronlar götürülüb. Öldürülən şəxs Masallı rayon sakinidir və uzun müddət Rusiyada yaçadığı və kriminal qruplaşmanın üzvü olduğu deyilir.
 

Qeyd edək ki, güllələnmə hadisəsi martın 23-də Masallı rayonunda baş verib. Masallı rayon sakini, 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllələnib.
 

Yaralı 4 güllə yarası ilə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. 
Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.
 
 
Qeyd olunur ki, zərərçəkmiş Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana qaçıb. Lakin o təqib edilərək Masallıda güllələnib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120 -ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
 

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...