Saatlıda ağır yol qəzası

Hadisə
07:58 / 24.03.2018
7021
Saatlıda ağır yol qəzası baş verib.
FHN-dən Sfera.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Saatlı rayonu, Qaralar kəndində "Mercedes" markalı minik avtomobili və "Shacman" markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.Yanğınsöndürən-xilasedicilər minik avtomobilinin sürücüsü, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun cəsədini və müxtəlif xəsarətlər alaraq sıxılmış vəziyyətdə qalmış digər sürücü, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunu deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.