Bakıda dəhşətli YANĞIN: İki bitişik ev yandı

Bakıda dəhşətli YANĞIN: İki bitişik ev yandı
Məcburi köçkünlər məskunlaşdığı düşərgədə, səbəbi bilinməyən yanğın nəticəsində köçkünlərin evləri tamamilə yanaraq kül olub.

Sfera.az xeberbiz.az-a istinadən bildirir ki, düşərgədə baş verən yanğın, tanınmış jurnalist, mərhum Zabil Müqabiloğlunun ata evində baş verib. Jurnalistin ata və anası dünyasını dəyişdiyinə görə, bacısı tək yaşayırdı. Bundan öncə də adı çəkilən düşərgədə dəfələrlə yanğın baş verib.

Qonşuların köməyi nəticəsində, azyaşlı və qocalar təxliyə olunublar.

FHN-i yanğının hansı səbəbdən baş verməsini araşdırır.



OXŞAR XƏBƏRLƏR