53 yaşlı kişi diri-diri yandı -AĞDAMDA
Kateqoriya məlum deyil
Ağdam rayonunda ev yanıb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.Sahəsi 100 kv.m olan dörd otaqlı evdə baş vermiş yanğın zamanı 1965-ci il təvəllüdlü Akif Əvəz oğlu Əliyev yanaraq ölüb. Onun yataq xəstəsi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.






