Erməni killer Lotu Quliyə qarşı
Erməni qanuni oğru Andranik Saqoyanın (Zap Leninokanski) adı 3 avtoritetə sui-qəsddə hallanır.
Sfera.az "Praym Kraym” saytına istinadən xəbər verir ki, "Zap” ilkin olaraq kutaisili qanuni oğru Qoçi Alpaidzenin güllələnməsini təşkil edib.
Bundan sonra onun adamları Ayko Krabaxski adlı erməni avtoriteti ayağından güllələyərək şikəst edib.
Ötən ilin 22 dekabrinda İstanbulda öldürülən Dato Pankisskinin qətlində də killler ləqəbi alan Andranik Saqoyanın adı hallanır.
Türkiyə bu işin istintaqı ilə fevralın sonunda açıqlama verilib və qeyd edilib ki, killerlər Ermənistan vətəndaşları olub.
Ehtimal edilir ki, Datonun uğurlu ləğvindən sonra "Zap” Şakro Maladoyun taxtına ən real namizəd olan Lotu Qulini öldürmək üçün sifariş ala bilər.
İlqar Atabəyli






