Futbolçu qızın özünü güllələməsinin səbəbi bilindi

Futbolçu qızın özünü güllələməsinin səbəbi bilindi
Xəbər verdiyimiz kimi Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib.
 
MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.
 
Firəngiz Əzizovanın üzərində təcilli cərrahiyə əməliyyatı keçirilib,  hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Firəngiz Əzizova Şəkinin qızlardan ibarət "Gənclik” futbol klubunun qapıçısıdır. O mütəmmadi olaraq Azərbaycan Milli komandasına dəvət alıb.

Şorsu kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Firəngiz Qalib qızı Əzizova ailəsi tərəfindən idman yarışına buraxılmadığı üçün özünü öldürmək istəyib:

"Firəngiz hansısa idman komandasının üzvüdür. Yarış keçirilirmiş. Onu evdən yarışa buraxmayıblar. Ailəsi buna imkan verməyib. Qız da buna görə özünü öldürmək istəyib”.

Sakinlər qeyd edib ki, hazırda Firəngizin səhhəti orta-ağırdır: "Reanimasiyadadır. Əməliyyat olunub, dalağını da kəsiblər. Hər hansı həyati təhlükəsi yoxdur”.


OXŞAR XƏBƏRLƏR