Futbol klubunun qapıçısı olan 17 yaşlı qız özünü güllələdi – Şəkidə - VİDEO

Futbol klubunun qapıçısı olan 17 yaşlı qız özünü güllələdi – Şəkidə  - VİDEO
Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib.

Sfera.az APA-ya istinadən bildirir ki, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.

Onun üzərində təcilli cərrahiyə əməliyyatı keçirilib,  hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

F. Əzizovanın 11-ci sinif şagirdi olduğu bildirilir. Firəngiz Əzizova Şəkinin qızlardan ibarət "Gənclik” futbol klubunun qapıçısıdır. O mütəmmadi olaraq Azərbaycan Milli komandasına dəvət alıb. Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
 
 
=


OXŞAR XƏBƏRLƏR