Bakı metrosunda qorxulu anlar: Relslərin üzərinə yıxılan 85 yaşlı qadın imiş - YENİLƏNİB

Bakı metrosunda qorxulu anlar: Relslərin üzərinə yıxılan 85 yaşlı qadın imiş - YENİLƏNİB
Metronun "İçərişəhər" stansiyasında baş verən hadisənin detallar məlum olub.
 
Sfera.az bildirir ki, relslərin üzərinə yıxılan 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızıdır. O, "İçərişəhər" stansiyasında qatar dayananda birinci vaqonun birinci qapısından düşüb. Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Gərginliyi çıxarıb xanımı stansiya yolundan çıxardıblar. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də təcili tibbi yardım çağrılıb.
 
Baş verənlər səbəbilə, 3 dəqiqə gecikmə yaranıb.
 
***
13:04
 
Bu dəqiqələrdə (12:55) "İçərişəhər" stansiyasında sərnişin relslərin üstünə yıxılıb.
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sfera.az-a bu haqda məlumat verib:
 
"Bu dəqiqələrdə (12:55) "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna yıxılıb. Qatar olmayan vaxtda, sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur nəzərə alasınız. Daha ətraflı 10 dq sonra məlumat verə bilərəm”.
 
İlkin məlumata görə, relslərin üzərinə yıxılan sərnişin yaşlı qadındır. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...