DTX orqan alverçilərini ifşa etdi

DTX orqan alverçilərini ifşa etdi
İnsan orqanlarının alqı-satqı obyekti olmaması barədə Azərbaycan Respublikası qanunlarının tələblərinə zidd olaraq ölkə ərazisində orqan alveri ilə məşğul olan, Azərbaycan vətəndaşlarını asılı vəziyyətə salıb qanunsuz tələblər irəli sürən, insanları orqanlarının transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət işi başlanılaraq araşdırmalar aparılır.
 

DTX-nin İctimai əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Vahid Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.


Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
 

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...