Logo

Qobustanda zəncirvari qəza: 3 nəfər xəsarət aldı

Qobustanda zəncirvari qəza: 3 nəfər xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində zəncirvarı avtomobil qəzası baş verib.

Sfera.az APA-ya istinadən bildirir ki, yol nəqliyyat hadisəsində 3 nəfərin xəsarət aldığı məlum olub.

Səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində "Mersedes", "VAZ 2109" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağsu rayon sakinləri-1993-cü il təvəllüdlü Cəfərli Şakir Balamirzə oğlu, 1987-ci il təvəllüdlü İbadov Elmir Cəbrayıl oğlu və 1986-cı il təvəllüdlü Cəfərov Rəmşid Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR