Logo

ATV-nin keçmiş aparıcısını küçədə döydülər - FOTO

ATV-nin keçmiş aparıcısını küçədə döydülər - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ATV və "Space" kanalında bir vaxtlar aparıcı kimi çalışmış Sevinc Camalova küçədə tanımadığı kişinin hücumuna məruz qalıb.

Sfera.az xəbər verir ki, bu haqda o özü məlumat verib:

""Günorta Muradı (oğlu - red.) bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, gunorta vaxtı küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacam".

S.Camalova hadisənin Nərimanov rayonunda baş verdiyini əlavə edib:

"Puluna və vəzifəsinə arxalanıb, məni tək görüb bunu etdi. Amma respublikamızda dərəbəylik deyil. Hər şey həllini tapacaq".

İlqar

ATV-nin keçmiş aparıcısını küçədə döydülər - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR