Keçmiş bələdiyyə sədri cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi - FOTO
Kateqoriya məlum deyil
Salyan rayonunun Kürqaraqaşlı bələdiyyəsinin həbsdə olan keçmiş sədri Rövşən Hüseynov 2 saylı cəza evində ağır xəstəlikdən dünyasını dəyişib.
Sfera.az Virtualaz.org saytınıdan aldığı məlumata görə, 49 yaşlı Rövşən Hüseynov 2015-ci ildə məhkəmənin hökmü ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ağır şəkər xəstəsi olduğundan böyrək çatışmazlığından əziyyət çəkirdi.
Mərhum bu gün yaşadığı Kürqaraqaşlı kəndində torpağa tapşırılıb.






