Lotu Quli rəqiblərini sıxışdırır: Zaur evdən çıxmır, “Albert”in oğru adı alınıb

Lotu Quli rəqiblərini sıxışdırır: Zaur evdən çıxmır, “Albert”in oğru adı alınıb
Lotu Quli bütün cəbhələrdə düşmənlərinin üzərinə gedir. 

Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İstanbulda Nadir Səlifova edilən uğursuz sui-qəsddən sonra müharibə Rusiya ərazisinə keçib.
Sui-qəsdin təşkilatçı kimi tanınan, mərhum Rövşən Lənkaranskinin qohumu olan Zaur "Kaluqa" şossisində yerləşən bazarına gəlib-gedə bilmir.

Bazarın həndəvərində Qulinin adamları keşik çəkir. Onlar həm alver edənləri, həm də bazarda çalışanları tutub "söhbət” edirlər. Şillə-qapazla anladırlar ki, buraların yiyəsi daha Zaur deyil, Quliyə işləməlisiz. Döyülənlər də, Zaura Qulidən salam göndərirlər. Zaur bu səbəbdən böyük cangüdən ordusu toplayıb və evindən çıxmır.

Nadir Səlifovun digər düşməni "Albert Rıjiy” ləqəbli Əli Heydərov bir müdət əvvəl həbs olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
Əli "Medvedkovo” Müvəqqəti Saxlanma Təcridxanasına gətirilərkən həbsxanaya Lotu Qulidən məktub daxil olub ki, onu oğru kimi tanımasınlar. Cəzasını adi məhbus kimi çəksin.

Bu məsələ ilə bağlı Rusiyadan "Mirıç”, "Qiya” və "Saçino” kimi tanınmış oğrular müraciət edərək Qulidən Əlini oğru kimi tanımağı xahiş ediblər. Lakin Quli bu təklifi rədd edib.

İlqar Atabəyli

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...