Ata 2 yaşlı oğlunu maşınla əzdi - Azərbaycanda dəhşət
Kateqoriya məlum deyil
Gəncə sakini avtomobillə övladını vurub.
Sfera.az APA-ya istinadən bildirir ki, şəhərin Nizami küçəsində yaşayan 1985-ci il təvəllüdlü Səbuhi İsmayılov "QAZel” markalı avtomobilini həyətdən çıxarmaq istəyərkən avtomobil onun oğlu, 2016-cı il təvəllüdlü İsmayıl İsmayılova dəyib. Xəsarət alan uşaq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.






