Günay özünü 4-cü mərtəbədən atdı
Hadisə
21:55 / 08.03.2018
3625
Zaqatalada 27 yaşlı qız özünü hündürmərtəbəli binanın dördüncü mərtəbəsindən yerə atıb.
Bu gün axşam saat 17 radələrində Zaqatala şəhəri İmam Şamil küçəsində, "Köhnə bazar” adlanan ərazidəki yeddimərtəbəli yaşayış binasının sakini 1991-ci il təvəllüdlü Günay Murad qızı Balayeva özünü dördüncü mərtəbədən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Günay Balayeva travmatikşok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
MRX-dan verilən məlumatda bildirilir ki, son zamanlar əsəb xəstəliyindən əziyət çəkən Günay Balayeva intihar etmək məqsədi ilə özünü binanın dördüncü mərtəbəsindən yerə atıb.
Faktla bağlı araşdırma aparılır.
apa