Bağlı qalmış 27 cinayətin üstü açıldı
Hadisə
10:21 / 08.03.2018
2718
2018-ci il martın 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Sferaaz-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.