Logo

Cərrah: “Pul verməsən, qardaşınızın ayağını kəsəcəm”

Cərrah: “Pul verməsən, qardaşınızın ayağını kəsəcəm”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Moskva Vilayəti, Ximki Şəhər Məhkəməsi dələduzluqda təqsirləndirilən həkim-onkoloq Anatoli Antonov barədə hökm çıxarıb.

Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 2 il müddətinə islah işlərinə məhkum edilib.

İş materiallarında göstərilir ki, 2017-ci ildə Moskvada Antonovun çalışdığı xəstəxanaya ağır xəstə daxil olub. Vəziyyətdən sui-istifadə edən həkim xəstənin bacısına deyir ki, burada, yəni dövlət xəstəxanasında qalsa, gərək qardaşının ayağını kəsələr. Yaxşı müalicə istəyirlərsə, özəl xəstəxanaya getməlidirlər.

Antonov pasienti özəl xəstəxanaya keçirməyinə və müalicəsinə söz verir və bunun üçün pul tələb edir.

Ancaq qadın rüşvət vermək istəmir, bu haqda hüquq-mühafizə orqanlarına xəbər verir. Pul verilən gün Antonov polis tərəfindən həbs olunur.

İlqar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR