Sürüşmə ərazisində çatlar BÖYÜDÜ
Hadisə
13:30 / 07.03.2018
2576
Bu gün yağışın yağması bəzi sürüşmə ərazilərində aktivliyə səbəb olub.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Sfera.az-a açıqlamasında bu haqda məlumat verib:
""Zəli gölü” adlanan ərazidə yağışların yağması ilə sürüşmə prosesində aktivlik müşahidə edilib. Təbii və texnogen amillərin də bu sürüşmə prosesinin sürətlənməsinə təsiri var. Adıçəkilən sürüşmə ərazisi vulkana daha yaxındır. Keyrəki vulkan məhsullarının zamanla püskürərək qurunt suları tərkibinə daxil olması və yağışların təsirindən islanaraq axıcı hala gəlməsi də bu prosesin baş verməsinə səbəb olub”.
R.Həsənovun sözlərinə görə, Nübar qəsəbəsində də analoji hal təkrarlanır:
"Nübar qəsəbəsinin "Atyalı” ərazisində hazırda sürüşmə prosesində aktivlik müşahidə edilir. Çatların böyüməsi, torpaq qatında olan deformasiya da bizə bunu deməyə əsas verir”.
Nigar Məhərrəm
Sfera.az