Logo

Bakıda sərnişin avtobusu qəzaya düşdü: Sürücülər əlbəyaxa davaya çıxdılar - FOTO

Bakıda sərnişin avtobusu qəzaya düşdü: Sürücülər əlbəyaxa davaya çıxdılar - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Paytaxtda sərnişin avtobusu qəzaya düşüb.

Sfera.az-ın əməkdaşı hadisəyə şahid olub.

Hadisə saat 9:30 radələrində paytaxtın Azadlıq prospektində baş verib. 99 LZ 845 dövlət qeydiyyat nişanlı 165 nömrəli marşrut ilə 90 KO 317 dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobil toqquşub. Qəza nəticəsində yaralanan olmayıb.

Buna baxmayaraq avtobus sürücüsü ilə minik maşınının sürücüsü əlbəyaxa davaya çıxıblar. Hadisə yerinə Binəqədi rayonunun 4-cü polis bölməsinin əməkdaşları gəlib. Polis əməkdaşları hər iki sürücünü və sürücünün yaxınlarını 4-cü polis bölməsinə aparıblar.

Nihat HÜSEYNZADƏ

Bakıda sərnişin avtobusu qəzaya düşdü: Sürücülər əlbəyaxa davaya çıxdılar - FOTO
Bakıda sərnişin avtobusu qəzaya düşdü: Sürücülər əlbəyaxa davaya çıxdılar - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR