Yeddi oğlanın qaçırdığı tələbə necə xilas oldu? - “Onları aldatdım”

Yeddi oğlanın qaçırdığı tələbə necə xilas oldu? - “Onları aldatdım”
"Bazar günündən evdəyəm. Oğlan evi məni qaçırıb, İsmayıllıda gizlətmişdi".

Sfera.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Ağcabədi rayonunda qaçırılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsi Sevinc Musayeva deyib.

Onun sözlərinə görə, hazırda evlərinə qayıdıb: "Evimiz polis nəzarətindədir”.

Sevin Musayevə necə xilas olduğundan da danışıb: "Oğlan evi məni İsmayıllıda gizlətmişdi, oradan da müxtəlif yerlərə aparırdılar. Gördüm məni ailəmə vermək fikirləri yoxdur. Bilirdim ki, valideynlərim narahatdır. Beynimə bir çıxış yolu gəldi. Onları aldatdım. Dedim ki, məni axtarırlar. Gedək polis şöbəsinə, orada izahat yazım ki, mən öz istəyimlə gəlmişəm. Onlar da mənə inandı. Polis şöbəsinə girəndə qışqırmağa başladım. Dedim ki, mən bu oğlanı istəmirəm, məni məcbur aparıblar, onunla ailə qurmaq istəmirəm. Məni xilas edin. Əgər məni onlara versəniz, özümü öldürəcəm. Bunu eşidən polis hadisəni araşdırdı, məni qaçıran oğlanı tutdular”.

Sevinc Musayeva bildirib ki, digər 6 nəfər də axtarışdadır: "Onlar da tutulandan sonra rahat nəfəs alacam və universitetdəki dərslərimə davam edəcəm. Dünən oğlanın ailəsi qapımıza gəlmişdi, amma polisə görə içəri girə bilmədilər. Orada olduğum 8 gün müddətində məni israrla bu izdivaca razı salmağa çalışırdılar. Amma bilirdilər ki, razı deyiləm”.

Qeyd edək ki, fevralın 22-də Ağcabədi rayonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsi Sevinc Musayeva qaçırılmışdı. Hadisə qız universitetdən evə qayıdarkən baş vermişdi. 7 nəfər oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıb və qaçırıblar.

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...