Bu ərazilərdə subasma təhlükəsi var - DİQQƏT!

Bu ərazilərdə subasma təhlükəsi var - DİQQƏT!
"Bakının Binəqədi, Sabunçu və Xəzər rayonlarında subasma sahələrində aktivləşmə müşahidə olunub. Binəqədinin birinci mədən yaşayış sahəsi və Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsində son aylar əraziyə düşən atmosfer yağıntılarının normadan artıq olması nəticəsində subasma prosesinin dinamikasında aktivlik müşahidə olunub”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Maştağa, Zabrat, Şuşa şəhərciyi, Daş Karxanası, Məhəmmədi və Savalan, Qala qəsəbəsi subasma sahələrində də aktivlik müşahidə edilib.
 
Qeyd edək ki, bu aktivlik nəticəsində yaşayış məntəqələrinə ziyan dəyib-dəyməməyi ilə bağlı məlumat verilməyib.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR