19 qadını öldürən sabiq milisin məhkəməsi yekunlaşdı

19 qadını öldürən sabiq milisin məhkəməsi yekunlaşdı
Rusiyanın Novosibirsk Vilayət Məhkəməsi 19 qadının qətlində əli olan sabiq milis işçisi Yevgeni Çuplinskini ömürlük həbs cəzasına məhkum edib.
 
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Çuplnskiy cinayətlərini 1998-ci ilin sentyabr ayından 2005-ci ilin iyun ayınadək törədib.

Sabiq milis şəhərdə 18-31 yaş aralığında qadınlarla tanış olub, onlara əyləncəli vaxt keçirməyi təklif edib.

Avtomobilə əyləşən qadınları manyak adam olmayan yerlərə aparıb öldürür, meyiti doğrayaraq basdırırmış.

Cinayətkarın axtarışları bir neçə il çəkib.

Bu illər ərzində 5 min  şübhəli dindirilib, 8 min şahiddən ifadə alınıb, 300 ekspertiza keçirilib.

Nəhayət 52 yaşlı milis 2016-cı ildə həbs olunub.
 
İlqar

OXŞAR XƏBƏRLƏR