Logo

Abşeronda su borusu partladı: küçələr su altında qaldı - VİDEO

Abşeronda su borusu partladı: küçələr su altında qaldı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Abşeronda su borusu partlayıb.

Sfera.az "Report"-dan aldığı  məlumata görə, hadisə Xırdalan şəhəri, Quşçuluq massivi, X.Rza küçəsində baş verib.

Xırdalan şəhər sakini, 69 yaşlı Nüşabə Abdullayeva yaşadığı Quşçuluq massivi, ev 64-də su borusunun partlaması səbəbindən artıq bir həftədir, küçələrin, hətta evlərin zirzəmilərinin su ilə dolduğunu deyib: "Su idarəsi ilə də əlaqə saxlamışıq. Düzəldərik deyərək, sadəcə yola verirlər".

Qeyd edək ki, suyun küçələrə axması nəticəsində yolda sakinlərin və nəqliyyatın hərəkəti çətinləşib. Zirzəmilərə suyun dolması səbəbindən mənzilərdə rütubət yaranıb.

Məsələ ilə bağlı Abşeron Su kanal İdarəsinin mövqeyini öyrənmək mümkün olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR