2 polis əməkdaşı yaralandı - Xətai rayonunda

2 polis əməkdaşı yaralandı - Xətai rayonunda
Xətai rayonunda cinayətkarı saxlamaq üçün keçirilən əməliyyat tədbirləri zamanı 2 polis əməkdaşı yaralanıb.
 
Sfera.az bildirir ki, verilən məlumata görə, Xətai RPİ-nin əməkdaşları 1989-cu il təvəllüdlü Həzili Pərviz Rövşən oğlunun idarə etdiyi "Mercedes” markalı avtomobili saxlatdırmaq istəyən zaman sonuncu avtomobili polis əməkdaşlarının idarə etdiyi "Lada” və "Nissan” markalı avtomobilə vurub. Sonra isə üzərində gəzdiridiyi cib bıçağı ilə 2 polis əməkdaşının əl nahiyyəsinə xəsarət yetirib. Ancaq polislərin çevikliyi nəticəsində P.Həzili zərərsizləşdirilib. Onun avtomobilinə baxış keçirən zaman isə oradan 1 ədəd tapança, 3 ədəd soyuq silah hesab edilən bıçaq və narkotik vasitə aşkar olunaraq götürülüb. 

Faktla bağlı Xətai RPİ-də cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb və P.Həzili şübhəli şəxs qismində həbs edilib.
 
 
Bu barədə ilk məlumat ölkə.az-da gedib.

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...