Logo

Yanğında zəhərlənənlərin ADLARI

Yanğında zəhərlənənlərin ADLARI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.

Sfera.az bildirir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib.

Hadisə nəticəsində tüstüdən zəhərlənən 1970-ci il təvəllüdlü Kərimov Vüqar Fikrət oğlu, 1983-cü il təvəllüdlü Nadirov Kamal Ramiz oğlu və 1983-cü il təvəllüdlü Qafarov Vasif Hüseynxan oğlu şöbəyə yerləşdirilib.

Yaralıların səhhəti kafi qiymətləndirilir.

Hadisə zamanı ölən 24 hamısı orada müalicə alanlardır.

Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğın söndürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR