Logo

Bakıdakı dəhşətli yanğının görüntüləri yayıldı – VİDEO

Bakıdakı dəhşətli yanğının görüntüləri yayıldı – VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Səhər saatlarında Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib.

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində baş verib. APA TV-nin xəbərinə görə, 30-dan artıq pasiyent yanan binadan təxliyə olunub. Yanğın zamanı xəsarət almış şəxslərdən dördü xəstəxanalara yerləşdirilib. Hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib.

Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərdən çox şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyi saat 08:18-də yanğının məhdudlaşdırıldığı barədə məlumat yayıb. Yanğının yayılma təhlükəsi yoxdur.(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR