Jurnalistlərin binasından oğurluq edən şəxslər tutuldu

Jurnalistlərin binasından oğurluq edən şəxslər tutuldu
Jurnalistlərin binasından oğurluq edən şəxslər tutulub.

Sfera.az bildirir ki, Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal və Səbail rayon Polis İdarələri əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisindəki evlərdən silsilə oğurluqlar edən dəstə üzvləri tutulub.

Əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakinləri Ələkbər Ələkbərov və Fərhad Cəfərovun ətrafında aparılan araşdırmalar nəticəsində onların jurnalist Ağanisə Sultanova da daxil olmaqla, Bakının Yasamal və Səbail rayonlarında 6 evdən pul, noutbuklar, kompüter dəstləri, məişət və qızıl-zinət əşyaları oğurlamaları, daha bir evdən isə oğurluğa cəhd etmələri müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  

Hazırda həmin şəxslərin başqa cinayətlərdə əlaqələrinin olub-olmadığı araşdırılır.

DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, yanvarın 30-da Ağanisə Sultanovun jurnalistlərin binasında yerləşən mənzilinə daxil olan naməlum şəxslər oradan 1000 manat pul və 3900 manat dəyərində qızıl-zinət əşyaları aparıblar.

 

Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...