İntihara cəhd edən qız nişanlı olub?
Hadisə
19:14 / 01.03.2018
4083
Xəbər verdiyimiz kimi ötən gün Mingəçevir sakini özünü öldürmək istəyib. Məlumata görə, hadisə şəhərin Bağlar yaşayış massivində, 11-ci döngədə baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü şəhər sakini Xanım Fəxri qızı Həsənzadə yuyucu toz içərək intihara cəhd edib. Gənc qız ağır durumda xəstəxanaya yerləşdirilib
Faktla bağlı daha detallı məlumat almaq üçün Sfera.az Mingəçevir rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
İcra hakimiyyətindən hadisənin ailə münaqişəsi zəminində baş verdiyi söylənilib. Rayon İcra Hakimiyyətindən verilən məlumatda şəxsin yuyucu toz içərək intihara cəhd etdiyi söylənilib.
Lakin Mingəçevir Rayon Mərkəzi Şəhər Xəstəxanasından şəxsin sirkə içərək intihar etdiyi deyildi. Xəstənin son vəziyyəti ilə də bağlı isə bunları dedilər:
"Xəstənin vəziyyəti yaxşıdır, hazırda reanimasiyadadır. Məktəbli yaşındadır. Qız deyəsən nişanlı olub”.
Nigar Məhərrəm
Sfera.az