Ramiz Mirzəyevin bacısı və yeznəsinin qətli ilə bağlı YENİ XƏBƏR

Ramiz Mirzəyevin bacısı və yeznəsinin qətli ilə bağlı YENİ XƏBƏR
Tovuz rayonunda ər və arvadının qətlə yetirilməsi hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi açılıb
 
Tovuz şəhərində yerləşən 7 otaqlı mənzildə 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın naməlum şəraitdə qətlə yetirilməsi və meyitlərinin yandırılması faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə iş başlanılıb. Zəruri ekspertizalar təyin edilib və dəhşətli cinayəti törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qeyd edək ki, ilkin araşdırmalar zamanı F.Məmmədovun baş nahiyəsində, əl-ayağı və ağzı lentlə bağlanmış P. Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Hər iki şəxsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur.

Meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır. O, Tovuz rayon Mərkəzi Xəstəxanasında həkim işləyirmiş.

Xatırladaq ki, bu, Mirzəyevlərlə bağlı son aylarda baş vermiş üçüncü dəhşətli hadisədir. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olub. Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda "Toyota Land Cruiser"in aşması nəticəsində vəfat edib.(Lent.az)


OXŞAR XƏBƏRLƏR

Avrasiyanın ən aktiv vulkanı oyanır - FOTO

Səhər saatlarında Sibirin ən yüksək dağı və Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy 8,8 bal gücündə güclü zəlzələdən sonra püskürüb.   S...

ABŞ İrana ciddi zərbə endirəcək - AÇIQLAMA

ABŞ 2018-ci ildən bəri İrana qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib. Bu tədbirlər İranın neft ticarətini idarə edən beynəlxalq gəmiçilik şəbəkə...

Avqustda qeyri-sabit hava şəraiti GÖZLƏNİLİR

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür.   Sfe...

Pediatrdan xəbərdarlıq: Telefonlar uşaqların beyininə zərər verir

Yay aylarında uşaqların boş vaxtlarının çox olması onların informasiya və texnologiya məhsullarından asılılığını daha da artırır. Havanın isti keçməsi, tətil re...

Sürücü sükan arxasında VƏFAT ETDİ

Sürücü sükan arxasında həyatını itirib. Hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də baş verib.   Sfera.az xəbər verir ki, Quba sakini Rövkət Yunusov idarə ...

Çin və Hindistan hədəfdə - Yeni sanksiyalar nefti bahalaşdıracaq?

ABŞ Rusiyadan neft alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırlaşır. Gözlənilir ki, bu sanksiyalardan yayınmaq üçün Rusiyadan neft alan ...