Bakıda su borusu partlayıb, 10 evi su basıb - FOTOLAR - VİDEO

Bakıda su borusu partlayıb, 10 evi su basıb -  FOTOLAR - VİDEO
 Bakıda gecə saatlarında su borusu partlayıb, bir neçə evi su basıb.

Sfera.az  "Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1 A massivində qeydə alınıb.

Nəticədə təxminən 10 evin həyətyanı sahəsini su basıb. Sakinlər bildirib ki, 14 ildir burada yerləşən su borusu mütəmadi olaraq qırılır. Nəticədə yollar keçilməz olur, evləri isə su basır.

Gecə saatlarında ev sahibləri həyətyanı sahələrinin suyunu təmizləyib. Borudan gələn suyun qarşısını isə "Azərsu” ASC-nin əməkdaşları alıb. Sakinlər bildirib ki, ASC əməkdaşları üç massivə verilən ana borudakı suyun verilməsini dayandırıb. İndi evlərə içməli su gəlmir. Bununla bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə və Azərsu ASC-yə dəfələrlə müraciət edilib.

Ərazidə yaşayan sakin Əfqan Məmmədov "Report”un əməkdaşı ilə söhbətində neçə ildir bu problemi yaşadığını deyib: "”Azərsu” ASC-nin əməkdaşları gəlib partlayan hissəyə taxta ilə yamaq vurdular. Buna baxmayaraq, hələdə su axır küçələrə. Bizə 14 ildir ki deyirlər ki, borunu təmir etdirəcəyik. Burda öz hesabımıza küçənin asfalt qatını düzəltdirmişdik. Lakin su borusuna görə küçələr keçilməz olub. Səhər uşaqları məktəbə aparanda palçığa bataraq gedirik. Su gələndə bir tərəfdən sevinirik, digər tərəfdən qorxu hissi keçiririk. Çünki su veriləndə boru partlayır, su evlərimizə daxil olur”.

Massiv sakinlərinin dediyinə görə, partlayış ana boruda baş verir. Bunun əsas səbəbi kimi isə borunun istismara yararsız olması göstərilir.

Sakinlərdən Gülnarə Ağayeva da bu problemdən bir neçə ildir əziyyət çəkdiklərini söyləyib: "Küçəyə "Təcili tibbi yardım”maşınları da girmir. Çünki borudan axan içməli su yolu keçilməz hala salır”.

Çəkiliş zamanı bir neçə evin həyətinə baxan zaman orada kiçik gölməçələrin olduğunu gördük. Ancaq ev sahibləri suyun daş hasarın üzərinə qoyduğu izlə sübut edir ki, həyətyanı sahə çəkiliş aparılmamışdan öncə təxminən bir-iki metr hündürlüyünə çatıb. Onlar bel vasitəsilə borudan hələ də sızan suyun qarşısını almaq üçün qazıntı işi aparıb. Sızan suyun istiqaməti dəyişdirilib.


OXŞAR XƏBƏRLƏR

Hansıkərə yağınıalmaq daha yaxşıdır:72, yaxud 82 faizli- fərq nədir?

Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağı keyfiyyətsiz məhsuldur və buna görə də onu mağazalardan almağa qorxurlar.   ...

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...