Gecə saat 5-də qızı blokda öpdü, sonra... - Bakıda dəhşətli hadisə

Gecə saat 5-də qızı blokda öpdü, sonra... - Bakıda dəhşətli hadisə
Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Kamran Həsənzadə 29 iyun 2015-cı il tarixdə, gecə saat 04.25-də tanışları Sultan Sultanlı və Ərəhman Məmmədov ilə yaşadığı Nərimanov rayonu, Heydər Əliyev küçəsi, 54 saylı binanın həyətinə gəlib.

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Kamran Həsənzadə 29 iyun 2015-cı il tarixdə, gecə saat 04.25-də tanışları Sultan Sultanlı və Ərəhman Məmmədov ilə yaşadığı Nərimanov rayonu, Heydər Əliyev küçəsi, 54 saylı binanın həyətinə gəlib.

Blokda qızla görüş

Onlar binanın 2-ci girişinin qarşısında dayanaraq söhbət ediblər. Bu zaman həmin girişin ikinci mərtəbəsində yaşayan Sevda Xəlilovanın (ad və soyad şərti verilib – red.) mənzilinə Nazim Ələkbərli tanışı Ayseli ötürüb.

Həmin zaman Nazim Ələkbərli blokda Ayseli qucaqlayaq öpüb. Sonra oradan ayrılan Nazim Ələkbərli binanın həyətinə çıxaraq evlərinə getmək istəyib.

Anan, bacın blokda nə gəzir?

Həmin vaxt Kamran Həsənzadə Nazim Ələkbərlinin yanına çağırıb və ona etdiyi hərəkətə görə iradını bildirib. O, bu həyətdə yaşadığını deyib.

Nazim Ələkbərliyə iradını bildirən Kamran Həsənzadə ona gələcəkdə belə hərəkətlərə yol verməməsini tapşırıb. Ona deyib ki, bu binada anası və bacısı yaşayır.

Nazim Ələkbərli isə Kamran Həsənzadənin iradına kobud cavab verib. O, Kamrana "bu vaxt anan, bacın blokda nə gəzir?” - deyib. Bu zaman onların mübahisəsi böyüyüb.

Qanla bitən dava

Həmin vaxt Nazim Ələkbərli tapança gətirəcəyi ilə Kamran Həsənzadəni hədələyib, beysbol bitası ilə ona xəsarət yetirib. Nazim Ələkbərlinin bu hərəkətindən əsəbiləşən Kamran Həsənzadə onu qisas almaq məqsədilə öldürmək qərarına gəlib.

Kamran Həsənzadə özündə olan bıçaqla Nazim Ələkbərliyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Orada olan şəxslərin müdaxiləsindən sonra Kamran Həsənzadənin dostları Nazim Ələkbərlini 5 saylı xəstəxanaya aparıb.

Qətl və iki maddəli cinayət işi

Həkimlər tərəfindən göstərilmiş müvafiq tibbi tədbirlərə baxmayaraq Nazim Ələkbərli almış olduğu xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmədən ölüb.

İstintaq orqanı tərəfindən Kamran Həsənzadəyə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

16 il cəza və narazılıq

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini istəyib.

Həmçinin zərərçəkmişin hüquqi varisi Nurəddin Ələkbərov apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən yüngül cəza verildiyini qeyd edib.

"Məhkum əməlindən peşman deyil”

Nurəddin Ələkbərov qeyd edib ki, məhkəmə məhkumun törətdiyi əmələ düzgün qiymət verməyib: "Məhkum törətdiyi cinayətə görə özünü təqsirli bilməyib, törətdiyi əməldən peşman olmayıb. Cinayəti törətdiyi vaxtdan xeyli müddətdən artıq keçməsinə baxmayaraq, məhkəmədə davranışı, əməlinə münasibəti ilə islah yolu tutmadığı müəyyən edilib. Məhkəmə məhkumun şəxsiyyətini xarakterizə edən bu mühüm xüsusatı nəzərə almayıb”.

"Kriminal cinayətlərə meyillidir”

Nurəddin Ələkbərov həmçinin göstərib ki, məhkəmə məhkumun hadisəyə qədərki davranışına da qiymət verməyib: "İstintaq materiallarından görünür ki, təqsirləndirilən şəxs ictimai faydalı əməklə məşğul olmayıb, tüfeyli həyat keçirib. Soyuq silah olan və cinayətin aləti olan bıçağı əldə edərək saxlaması da onun kriminal cinayətlərə meyilli olduğuna dəlalət edir. Məhkəmə bu mühüm xüsusatı da nəzərə almayıb”.

"Özünü dindar kimi təqdim edib”

Şikayətçinin qeyd etdiyinə görə, təqsirləndirilən şəxs özünü dindar kimi təqdim etsə də, hadisə baş verən gün ramazan orucu tutmasına baxmayaraq, islam qanunlarına zidd olaraq qadınlarla yazışıb, görüşüb və hətta növbəti gün dənizə getmək barədə razılığa gəlib: "Bu xüsusatdan təqsirləndirilən şəxsin islam dini qanunları və adətləri altında öz ictimai təhlükəli şəxsiyyətini maskalamaq üçün istifadə etdiyi görünür. Məhkəmə təqsirləndirilən şəxsin bu davranışının ictimai rezonansını nəzərə almayıb”.

"Bizi sonsuz qoyub”

Şikayətdə mərhum Nazim Ələkbərlinin atasının və anasının yeganə övladı olduğu da göstərilib: "Onu həyatdan mərhum etməklə təqsirləndirilən şəxs biz - valideynləri sonsuz qoyub. Təqsirləndirilən şəxs hətta ömürlük cəza belə alsaydı, qanunun humanizmindən istifadə etməklə nə vaxtsa azadlığa qovuşa və ya ömürlük cəza çəkmə yerində yaşamaqla valideynlərini varlığı ilə xoşbəxt edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxsə əsassız yüngül cəza verməklə məhkəmə biz valideynlərin itkisini nəzərə almayıb”.

Şikayətçi təqsirləndirilən şəxsin barəsində ömürlük cəzanın təyin edilməsini istəyib. Tərəflərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə tərəflərin şikayətləri üzrə qərar elan edilib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin ediməyib.

Bu qərardan narazı qalan zərərçəkmiş tərəf kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş tərəfin kasasiya şikayəti təmin edilməyib.

Qeyd: Ali Məhkəmədən Publika.az-a verilən məlumata görə, təqsirləndirilən Kamran Həsənzadə də kasasiya şikayəti ilə məhkəməyə müraciət edib. Bildirilib ki, onun şikayəti məhkəməyə fevralın 12-də daxil olub. O, şikayətində barəsində olan hökmün ləğv edilməsini, işinə ədalətli baxılmasını istəyib.

Kamran Həsənzadənin kasasiya şikayəti hakim Hafiz Nəsibovun icraatına verilib. Yaxın günlərdə onun şikayəti üzrə məhkəmə prosesi başlanacaq.(Publika.az)
 
 
 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hansıkərə yağınıalmaq daha yaxşıdır:72, yaxud 82 faizli- fərq nədir?

Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağı keyfiyyətsiz məhsuldur və buna görə də onu mağazalardan almağa qorxurlar.   ...

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...