Logo

Ağdaşda ağır yol qəzası — Müstəntiq həlak oldu

Ağdaşda ağır yol qəzası — Müstəntiq həlak oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün axşam saat 7 radələlərində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mercedes" markalı maşının su kanalına düşməsi barədə məlumat vermişdik.

Sfera.az bildirir ki, Naxçıvan şəhər sakini olan, 1990-cı il təvəllüdlü Oruc Mehbalı oğlu Hümmətzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı "Yenicə" adlı su kanalına düşüb.

Hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları qəza zamanı sürücünün maşında olan 1999-cu il təvəllüdlü həyat yoldaşı Hümmətzadə Məsumə Bəhruz qızı və onun 6 aylıq övladı Hümmətzadə Selcan Oruc qızı sudan çıxardaraq xəstəxanaya aparıblar.

Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti stabildir, 6 aylıq körpənin qolu sınıb. (Ölkə.Az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR