Logo

Abşeronda güclü partlayış: Yaralılar var – FOTO

Abşeronda güclü partlayış: Yaralılar var – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib.

Sfera.az Report-a istinadən məlumatına görə, hadisə nəticəsində üç nəfər ağır xəsarət alıb.

Hadisə nəticəsində sexdə olan üç nəfər – 1972-ci təvəllüdlü Natiq Əmrah oğlu Əmrahov, 1967-ci il təvəllüdlü Qızılgül Əzim qızı Əmrahova və 1984-cü il təvəllüdlü Elmira Qardaşxan qızı Əmrahova ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar.

Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Abşeronda güclü partlayış: Yaralılar var – FOTO
Abşeronda güclü partlayış: Yaralılar var – FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR