Bakıda naməlum şəxslər ödəmə terminalını yardılar
Kateqoriya məlum deyil
Nəsimi rayonu ərazisində ödəmə terminalını yarıblar.
Sfera.az ölkə.az-a istinadən məlumatına görə, naməlum şəxslər "MilliÖN" ödəmə terminalını yararaq içindən 1342 manat pul aparıblar.
Bu barədə həmin şirkətin nümayəndələri rəsmi ərizə ilə 20-ci Polis Bölməsinə müraciət ediblər.
Faktla bağlı Nəsimi RPİ-də oğurluq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.






