Bakıda DƏHŞƏT: Doğrayıb zibil qabına atdıqları qadın imiş

Bakıda DƏHŞƏT: Doğrayıb zibil qabına atdıqları qadın imiş
Məlumat əsasında hadisə yerinə Bakı Şəhər Prokurorluğunun və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıb.
 
Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarındadır.

Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.(APA)
 
 
12:44
 
Bakının Binəqədi rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.
Sfera.az bildirir ki, orta yaşlarında kişi rayonun 8-ci mikrorayonunda yerləşən "16 mərtəbələr" adlanan ərazisində amansızcasına qətlə yetirilib.

Kişinin doğranmış cəsədi sözügedən ərazidəki zibil qutusunun içindən tapılıb.

Binəqədi RPİ və DİN-lə əlaqə saxlasaq da, bu barədə dəqiq cavab almaq mümkün olmayıb.

Xəbər dəqiqləşdirilir... (Milli.az)

OXŞAR XƏBƏRLƏR