Polis Şöbəsində saxlanılan şəxs intihar etdi

Polis Şöbəsində saxlanılan şəxs intihar etdi
Astarada polis tərəfindən tutulan şəxs intihar edib.

Sfera.az bildirir ki, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş. (APA)

OXŞAR XƏBƏRLƏR