Baş ağrısı ilə yatan qadın oyananda hər kəsi heyrətə gətirdi
Mütəxəssislər bu xəstəliyə "Yad ləhcə” sindromu deyirlər və bunun nevroloji bir xəstəlik olduğunu söyləyirlər. Texas Universitetinin alimləri bildirilər ki, "Yad ləhcə” sindromu danışıq pozuqluğudur. Bunun beyindaxili hüceyrələrin zədələnməsi və hər hansı baş travması ilə əlaqədar olması düşünülür.
Maraqlıdır ki, bu Mayersin qarşılaşdığı üçüncü haldır. Bundan öncə də miqren tutmalarından uzunmüddətli yuxuya dalan qadın ayılınca İrlandiya və Avstraliya ləhcələri ilə ingilis dilində danışmağa başlamışdı və bu hal bir həftə sürmüşdü. İlk baxışda orqanizm üçün heç də qorxulu görünməyən bu hal, Mişelin özünü narahat edir və o özünü yad biri kimi hiss etdiyini söyləyir.
Bu kimi faktlara tibb elmində nadirən olsa da rast gəlinir və pasiyentlərin hətta öncələr bilmədikləri dillərdə də danışmaları qeydə alınıb.
Bizim Yol






