Tarix müəllimi tarix dərsliklərində səhvlər aşkarlayıb - VİDEO
09:27 / 09.02.2018
1036
Sabirabadda tarix müəllimi işləyən Musa Ələkbərov "Azərbaycan tarixi" dərsliyində səhv aşkarlayıb.
Xezerxeber.az-ın məlumatına görə, 7-ci sinif "Azərbaycan tarixi"ndə Bərdənin VII əsrdə Albaniyanın paytaxtı olduğu, 10-cu sinif "Azərbaycan tarixi"ndə isə V əsrdə paytaxt olduğu yazılıb.
Məsələ burasındadır ki, 6-cı sinif "Azərbaycan tarixi"ndə isə ümumiyyətlə Bərdənin adı çəkilmir
10-cu sinif "Azərbaycan tarixi" dərsliyinin müəlliflərindən biri olan Kamran Əsədovun sözlərinə görə, bu, ilk belə fakt deyil. 6-9-cu sinif Azərbaycan tarixləriylə 10-cu sinif "Azərbaycan tarixi" arasında 82 fakt üst-üstə düşmür. Hətta burada dövlətlərin yaranması, döyüşlərin keçirildiyi vaxt kimi ciddi nöqsanlara yol verilib.
Musa Ələkbərovun iddia edir ki, əvvəlki müəlliflər faktın səhv olduğunu bilə-bilə onu kütləvi narazılıq olmasın deyə dəyişmirdi. Məhz bu səbəbdən də dərsliklər illərdir səhv tarixlə çap olunurdu.
Musa Ələkbərov qəbul imtahanında 10-cu sinif "Azərbaycan tarixi"ndə əks olunan faktların əsas götürüləcəyini deyir.
Təhsil Nazirliyindən verilən məlumata görə, dərsliklər müəlliflərin ixtiyarına verilib. Bu məsələylə bağlı söz haqqı da onlara məxsusdur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sfera.az