Baş redaktor bu hakimlərdən Ali Məhkəməyə şikayət edəcək - FOTO
10:00 / 08.02.2018
1051
Şirvan Apelyasiya Məhkəməsində hakim Tofiq Heydərovun sədrliyi ilə bir neçə mətbuat orqanına qarşı şikayətə baxılıb.
Sfera.az criminalaz.com-a istinadən xəbər verir ki, iş üzrə iddiaçı Gülnar Novruz qızı Yusifova cavabdehlər turaneli.tv informasiya saytının rəhbəri Mətləb Həsən oğlu Allahverdiyev, Criminal.az informasiya saytının rəhbəri Anar Şahin oğlu Məmmədov, ajantv.com informasiya saytının rəhbəri Tural Əliyev və baş redaktor Anar Ayvazlı, qaynarxett.az informasiya saytının rəhbəri Elnur İsmayıl oğlu İsmayıllı və İsmayıl Məhəmməd oğlu Nəsirova qarşı şərəf və ləyaqətin müdafiəsi, şərəf və ləyaqətə görə pul tələbinə və cavabdehin təkzib verməklə rəsmi üzr istəməsinə dair iddia ərizəsi ilə Beyləqan rayon məhkəməsinə müraciət edib. Xahiş edib ki, cavabdehlərdən onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına görə 40 min manat təzminat alınıb ona ödənilsin.
Nəsrullah Əliyev
İddiaçı bildirib ki, Beyləqan rayonunda Təzəkənd kəndində yaşayır və müəllimədir, müəllimə kimi nüfuza malikdir. Beyləqan rayonu 1-ci Şahsevən kəndində yaşayan İsmayıl Məmməd oğlu Nəsirov onun barəsində "ajantv.com” saytında heç bir əsası olmayan, "Beyləqan məktəbində rəzalət” sərlövhəli məqalə yazıb. Məqalədə Dadaş Novruz oğlu Əhmədovun onunla intim əlaqədə olması və ondan hamilə qalması barədə məlumatlar əksini tapıb. Beyləqan rayon Məhkəməsi 11 avqust 2017-ci ildə yalnız iddiaçının iştirakı ilə iddia ərizəsinə baxıb. Cavabdehlərin heç birini məhkəməyə dəvət etməyib. Məhkəmənin vaxtı və yeri barədə onları əvvəlcədən xəbərdar etməyib. Hakim Nəsrullah Əliyev iddiaya baxıb və onu təmin edib.
Criminal.az saytının baş redaktoru Anar Məmmədov Şirvan Apelyasiya Məhkəməsinə müraciət edərək bildirib ki, iş üzrə cavabdeh sayıla bilməz. Baş redaktor iddiaçının etirazına, məhkəməyə üz tutmasına səbəb olan yazının "ajantv.com” saytından götürdüyünü, həmin sayta istinadla yaydığını hakimin diqqətinə çatdırıb. Həmin sayt bu barədə heç bir təkzib verməyib.
Tofiq Heydərov
əvi İnformasiya Vasitələri haqqında Qanunun 62-ci maddəsinə görə, yayılmış məlumatlar təkzib edilməmişsə, onu yenidən yayan şəxs məsuliyyət daşımamalıdır. Beyləqan rayon Məhkəməsinin, ardından Şirvan Apelyasiya Məhkəməsinin hakimi Tofiq Heydərovun sədrlik etdiyi məhkəmə KİV haqda qanunun bu faktına da diqqət etmədən qanunsuz və əsassız qətnamə, qərar qəbul ediblər. Apelyyasiya məhkəməsi Beyləqan rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
Bundan başqa hakimlər İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın 10-cu maddəsinin pozuntusuna yol veriblər.
Avropa İnsan Hüquqları Məhkəməsinin dönə-dönə dediyi kimi: "İfadə azadlığı cəmiyyətin mühüm təməllərindən birini, onun tərəqqisi və hər kəsin gəlişməsi üçün baza şərtlərdən birini təşkil edir. 10-cu maddənin 2-ci bəndi nəzərə alınmaqla, ifadə azadlığı təkcə xoş qarşılanan, ziyansız sayılan "bilgi və ideyalara” deyil, həm də dövləti və ya əhalinin hər hansı bir bölümünü incidən, şoka salan və ya narahat edən "bilgi və ideyalara” da tətbiq edilir. Plüralizmin (çoxsəsliliyin), dözümlülüyün və geniş düşüncəliliyin tələbləri belədir. Bunsuz "demokratik toplum” yoxdur. Jurnalist azadlığı mümkün şişirtmə, hətta provokasiya imkanlarını da əhatə edir.
A.Məmmədov apelyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət edəcəyini bildirib.
Belə olan halda, Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 62-ci maddəsinə görə, yayılmış məlumatlar təkzib edilməmişsə, onu yenidən yayan şəxs məsuliyyət daşımamalıdır. Beyləqan rayon Məhkəməsinin, ardından Şirvan Apelyasiya Məhkəməsinin hakimi Tofiq Heydərovun sədrlik etdiyi məhkəmə KİV haqda qanunun bu faktına da diqqət etmədən qanunsuz və əsassız qətnamə, qərar qəbul ediblər. Apelyyasiya məhkəməsi Beyləqan rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.