Ərinin pullarını oğurlayıb sevgilisinə verdi - Şok cinayətin təfərrüatı
16:22 / 01.02.2018
1588
Bakıda qadının həyat yoldaşına məxsus külli miqdarda pulu oğurlaması hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Əslən Saatlı rayonundan olan 40 yaşlı H.İ Binəqədi rayonu 9-cu mikrorayon A.Məmmədov küçəsindəki mənzildə quraşdırdığı seyfdən 57 700 dollar pulun son 3 ayda naməlum şəraitdə yoxa çıxması ilə bağlı polisə müraciət edib. Araşdırmalarla pulların H.İ-nin həyat yoldaşı T.İ tərəfindən götürülərək sevgi münasibətində olduğu R.M-ə ötürdüyü üzə çıxıb.
Bildirilir ki, zərərçəkən H.İ peşəkar iqtisadçıdır. O, lizinq şirkətlərindən birində rəhbər vəzifədə çalışır. Ərinin pullarını gizli talayan qadın isə banklardan birində çalışıb və R.M ilə də bankda işlədiyi vaxt tanış olub.
Qeyd edək ki, H.İ ilə T.İ-nin nikahdan bir qız övladları var.
///Lent.az