Bakıda vəziyyət pisləşir: Sürüşmələr aktivləşib, yeni sürüşmə sahələri yaranıb

Bakıda vəziyyət pisləşir: Sürüşmələr aktivləşib, yeni sürüşmə sahələri yaranıb
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) sürüşmə sahələrində vəziyyəti açıqlayıb.

ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, "Teleqüllə” sürüşmə sahəsinin torpaq qatında eni görünən dərinliyi 5-6, uzunluğu 60-70 metr olan çatlar yaranıb, ay ərzində prosesin dinamikasında nisbi aktivlik baş verib.

Onun sözlərinə görə, Zığ sürüşmə sahəsində atmosfer yağıntıları və texnogen amillərin təsirindən nisbi aktivlik müşahidə edilib: "Masazır qəsəbəsində "Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsində atmosfer yağıntılarının və texnogen amillərin təsirindən sürüşmə - çökmə sahələrində aktivlik qeydə alınıb”.

Astarada Kijəbə və Miki sürüşmə sahələrinin aktivləşdiyini bildirən ekspedisiya rəisi vurğulayıb ki, Lənkəran-Lerik yolunun 17-19 km-liyi sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən yol boyu yamacda bir neçə yerdə yeni uçqun hadisəsi baş verib və bir neçə yerdə yeni sürüşmə sahəsi əmələ gəlib: "Lənkəran-Lerik yolunun 27-29-cu kilometrliyində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olunub. Lənkəranda Gəgiran sürüşmə sahəsi də aktivləşib və bir neçə yerdə yeni sürüşmə və uçqun hadisələri olub. Masallı-Yardımlı yolunun 13-15, 7-16-24 -26 kilometrliklərində sürüşmə sahəsində aktivləşmə müşahidə edilib”.

Ekspedisiya rəisi qeyd edib ki, Xızı – Altıağac avtomobil yolunun 1-ci km-də, yolun sağ və sol hissələrində bir neçə yerdə çökmə və oturma prosesi qeydə alınıb: "Həmin yolun 11 – 15-ci kilometrliyində sürüşmənin dinamikasında aktivlik müşahidə edilib, uçqun - töküntü prosesləri aktivləşib. Sürüşmə sahəsinin parametrlərində də artım baş verib. Şabranda, Qazbabalı sürüşmə sahəsində aktivlik hələ də davam edir. Quba – Xınalıq avtomobil yolunun 37 -46-cı kilometrliyində sürüşmə aktivləşib.

Bundan başqa, Şamaxı şəhəri 48-A məhəlləsi sürüşmə sahəsində çatların ölçülərində artım qeydə alınıb, sürüşmə sahəsində aktivlik müşahidə olunur. Bakı – Şamaxı avtomobil yolunun 106 - 111-ci kilometrliyinin bir neçə yerində uçqun – töküntü, axma tipli sürüşmə hadisəsi olub, uçqun – töküntü prosesləri aktivləşib. Bakı – Ağsu magistral avtomobil yolunun 132 – 156 – cı kilometrliyində sürüşmə aktivləşib və nəticədə uçqun – töküntü hadisələri baş verib. Yol boyu bir neçə yerdə yeni çökmə və oturma prosesləri müşahidə edilib. Muğanlı – İsmayıllı avtomobil yolunun 2 -11, 23 – 24, 27 – 29 - cu kilometrliklərində atmosfer yağıntılarının təsirindən sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik qeydə alınıb, yol boyu bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib”.

OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...